“Rusiya ilə pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalı üzrə mümkün əməkdaşlıq məsələsi hələlik Türkiyənin Müdafiə Sənayesi İdarəsi tərəfindən nəzərdən keçirilmir”.
Bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.
O bildirib ki, bunun baş verib-verməyəcəyi haqqında heç nə deyə bilmərəm: “Gündəliyimizdə bununla bağlı heç nə yoxdur. Bu istiqamətdə heç bir iş aparılmır”.