Gürcüstan hökumətinin qərarı ilə martın 18-dən etibarən əcnəbilərin ölkə ərazisinə girişi qadağan edilib.
Bunu Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib.
Onun sözlərinə görə, qadağa iki həftə ərzində qüvvədə olacaq.
İ.Çikovani qeyd edib ki, xarici ölkələrdə olan Gürcüstan vətəndaşlarına vətənə hava nəqliyyatı ilə dönməsi üçün imkan yaradılacaq.
Report