25 C
Baku
Saturday, July 27, 2024

Gürcüstan Avropa İttifaqına yeni səfir təyin edib

Vaxtanq Maxaroblişvili Gürcüstanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri təyin olunub.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.

O, həmçinin Gürcüstanın Avropa İttifaqındakı (Aİ) missiyasına da rəhbərlik edəcək.

V.Maxaroblişvili 2019-cu ilin iyulundan XİN başçısının I müavini olub.

Qeyd edək ki, Gürcüstanın Aİ-dəki keçmiş səfiri Natalia Sabanadze bu ilin martında vəzifəsini tərk edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər