26 C
Baku
Saturday, July 27, 2024

Gürcüstan Azərbaycana avtomobil ixracını kəskin artırıb

Gürcüstan 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycana 371.98 milyon ABŞ dolları dəyərində 19 820 ədəd avtomobil ixrac edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, hesabat dövründə Azərbaycana ixrac edilən avtomobillərin sayı illik müqayisədə 5 276 ədəd və ya 21.02% azalıb, lakin dəyəri 126.78 milyon dollar və ya 51.7% artıb.

Belə ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 245.2 milyon dollar dəyərində 25 096 ədəd avtomobil ixrac edib.

Cari ilin ilk 3 rübü ərzində Gürcüstan ümumilikdə 1 milyard 762 milyon dollar dəyərində avtomobil ixrac edib ki, bu da illik ifadədə 2.65 dəfə çoxdur. Bu il avtomobil Gürcüstanın əsas ixrac məhsulu olub və ölkənin ümumi ixracının 34.5%-ni təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər