27 C
Baku
Saturday, July 27, 2024

Gürcüstan bankının Azərbaycandakı törəməsi kredit bazarında mövqe itirir

Gürcüstan TBC bankının Azərbaycandakı törəməsi “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC 2021-ci ildə kredit verməkdə “çətinlik çəkib”.

Banker.az bu barədə təşkilatın illik audit hesabatına istinadən xəbər verir.

BOKT-un kredit portfeli 2021-ci ilin əvvəlində 11.05 mln. manat olduğu halda, ilin sonuna 9.93 mln. manata düşüb. Müvafiq enişə səbəb, həm biznes, həm də, istehlak kreditlərindəki enişdir. İlin əvvəlindən ilin sonuna istehlak kreditləri üzrə portfelin 25% enişlə 7.7 milyon manata düşməsidir. Biznes kreditləri isə 6.6 mln. manatdan 3.3 mln. manata düşmüşdür.

“TBC Kredit BOKT” ötən il daha çox maliyyə lizinqi üzrə portfelini gücləndirib. Belə ki, ilin əvvəlində 330 min manatlıq portfel, il sonuna 4.35 mln. manata qalxıb.

Ümumilikdə, aktivlərinin həcmi 15.9 mln. manat olub.

BANK BORCLARI AZALIB

“TBC Kredit BOKT”un yerli banklara olan borcu 3.73 mln. manatdan 2.84 mln. manata düşüb. Yelo Bank-a olan borcu 2.65 mln. manatdan 2.12 mln. manata düşdüyü halda, PAŞA Bank-dan 721 min manatlıq yeni borc cəlb edib.

Qiymətli kağızlar üzrə isə 3.03 mln. manatlıq öhdəliyi yaranıb. Bu da 2021-ci ildə hər biri 1000 manat olan 3 min ədədlik istiqrazların emissiyası ilə bağlıdır. Həmin istiqrazların illik gəlirliliyi 12% təşkil edir.

“TBC Kredit BOKT” 2021-ci ildə 2.55 mln. manatlıq gəlir əldə etmiş, xalis mənfəəti isə 979 min manat təşkil edib. Bu da BOKT-u yığılmış zərərini 474 min manatlıq mənfəətə çevirib.

 

2 1 21212121212121

Son xəbərlər
Digər xəbərlər