26 C
Baku
Saturday, July 27, 2024

Gürcüstan bu il Azərbaycana 22 mln. dollardan çox dərman ixrac edib

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 22 890,6 min ABŞ dolları dəyərində 607 ton dərman ixrac edib.

Bu barədə  Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Hesabat dövründə Gürcüstanın dərman ixracı ümumilikdə 23,7% artaraq 148 972,5 min dollar təşkil edib və bu, ölkənin ümumi ixracının 4,9%-ni təşkil edib.

Hesabat dövrü ərzində Azərbaycana dərman ixracı ümumi ixracın 15,4%-nə bərabər olub.

©APA

Son xəbərlər
Digər xəbərlər