19 C
Baku
Monday, May 20, 2024

Gürcüstan bu il turizmdən 4.5 milyard dollar əldə edəcək

Gürcüstan 2024-cü ildə turizmdən 4,5 milyard dollar əldə edəcək.

Bu barədə “Galt & Taggart” investisiya kompaniyasının araşdırmasında yazılıb.

Bildirilib ki, yanvar-mart aylarında beynəlxalq səyahətçilərin səfərlərinin sayı il ərzində 7,6% artaraq 1,3 milyon nəfər təşkil edib.

Ümumi ziyarətlərin 938,6 min nəfərini turist səfərləri təşkil edib ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 11% çoxdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər