Gürcüstan Azərbaycandan 2020-ci ildə böyük həcimdə hesablayıcı maşınlar və onların blokları üçün hissələr və ləvazimatlar alsa da bu il alışı tam dayandırıb.
Banker.az bu barədə əldə etdiyi məlumata görə, 2020-ci ildə Azərbaycan Gürcüstana 8.52 ton həcmində hesablayıcı maşın və onların bloklarını satmışdı. Bu isə təqribən 11.19 milyon ABŞ dollarında idxalı əhatə edirdi.
2021-ci ilin birinci rübündə isə bu növ məhsulların Azərbaycanda alınması tam olaraq dayandırılmışdır.