26 C
Baku
Saturday, July 27, 2024

Gürcüstan Çindən ilk birbaşa blok qatarını qəbul edəcək

Çinin Sian şəhərindən Gürcüstanın paytaxı Tbilisiyə ilk birbaşa konteyner blok qatarı fevralın 20-də çatacaq.

Bu barədə “APM Terminals” şirkəti məlumat yayıb.

Məlumata əsasən, bu daşınma Gürcüstanın iri idxalçı şirkətlərindən birinə ehtiyatları effektiv idarə etməyə və yüklərin daşınma vaxtını əhəmiyyətli dərəcədə qısaltmağa imkan verib.

Şirkətdən qeyd olunub ki, blok qatarının Siandan Tbilisiyə çatma müddəti 21 gün təşkil edəcək. Bu marşrut Gürcüstan və Çin arasında yüklərin çatdırılması üçün ən sürətli və effektiv alternativ istiqamət hesab olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər