27 C
Baku
Saturday, July 27, 2024

“Gürcüstan Dəmir Yolları” Azərbaycan şirkətlərinə güzəştli daşınma tarifləri təklif edib

“Gürcüstan Dəmir Yolları” SC-nin törəmə “GR Transit” şirkəti Azərbaycan şirkətlərini əməkdaşlığa çağırıb. Banker.az bildirir ki, bu barədə “Report”un Gürcüstan bürosunun verdiyi xəbərdə deyilir.

Şirkətin direktoru David Çiradze Tbilisidə keçirilən “Argus Xəzər-Qara Dəniz Nəqliyyat Dəhlizi 2018” adlı V beynəlxalq konfransda deyib.

O bildirib ki, “GR Transit” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və digər Azərbaycan şirkətlərinə neft və neft məhsullarının Gürcüstan ərazisi üzrə daşınması üçün güzəştli və rəqabətli tariflər təklif etməyə hazırdır.

D. Çiradze qeyd edib ki, rəhbərlik etdiyi şirkət gələcəkdə Azərbaycandan digər yük növlərininin daşınması tariflərinə də güzəşt tətbiq edə bilər.

Son xəbərlər
Digər xəbərlər