İntensiv qarla əlaqədar Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti qoşqulu və yarımqoşqulu avtomobillər üçün Ermənistan və Türkiyə ilə sərhədə gedən yolları bağlamaq qərarına gəlib.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Intensiv qar və buz bağlaması ilə əlaqədar Xaşuri – Axaltsixe – Vale (Türkiyə ilə sərhəd – red.) və Axaltsixe – Ninotsminda (Ermənistanla sərhəd – red.) beynəlxalq avtomobil yolunda qoşquların və yarımqoşquların hərəkəti qadağan edilib”, – məlumatda deyilir.
Avtomobil yolları departamenti əlavə edib ki, tutumu 30 və daha çox sərnişin olan avtomobillərin magistral yollarda hərəkəti qadağan edilib, digər avtomobillərin isə hərəkətinə icazə verilib.