“Təəssüflər olsun ki, son günlər KİV Gürcüstanın hava məkanı vasitəsilə mümkün hərbi yüklərin daşınması ilə bağlı spekulyasiyaları davam etdirir”.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, Gürcüstan öz hava məkanını hərbi yüklərin daşınması üçün bağlayıb:
“Mülki və humanitar daşımalara gəlincə, Gürcüstan bununla bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri tam yerinə yetirir”.