Gürcüstan hökumətinin qərarı ilə İtaliyaya birbaşa aviauçuşlar müvəqqəti olaraq dayandırılıb.
Bu qərar koronavirusun Gürcüstan ərazisində yayılmasının qarşısının alınması məqsədi ilə qəbul olunub.
Digər qərarla riskli ölkələrdə səfərdə olan yerli və əcnəbi vətəndaşların Gürcüstan ərazisində daxil olmasına məhdudiyyətlər tətbiq olunacaq. Həmin şəxslər sərhəddə tibbi yoxlanışdan keçiriləməklə yanaşı 14 gün məcburi qaydada karantinə alınacaqlar.
©Report