5 C
Baku
Saturday, December 14, 2024

Gürcüstan Milli Bankı koronavirus səbəbiylə təmassız ödənişləri tövsiyə edir

Gürcüstan Milli Bankı müştərilərinə koronavirusun yayılmasının qarşısını almaq üçün nağd ödəmək əvəzinə kontaktsız ödəmə metodlarından istifadə etməyi tövsiyə edir.

Banker.az xəbər verir ki, Bank ölkə vətəndaşlarını Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Milli Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzinin nağd puldan istifadə ilə bağlı tövsiyələrini yerinə yetirməyə çağırır.

Həmçinin insanları banka getmək əvəzinə distant bank xidmətlərindən istifadə etməyi məsləhət görür.

Onu da qeyd edək ki, Bank www.moneymuseum.nbg.gov.ge veb saytı vasitəsilə əskinas və sikkələrini satacaqdır.

Son xəbərlər
Digər xəbərlər