Qafqazda yeni bir dövr başlayır. Dostlarımız Ermənistanı və Azərbaycanı faciəli müharibəyə son verdikləri üçün təbrik edirəm.
Banker.z xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salomi Zurabişvili “Twitter” hesabında yazıb.
Gürcüstan lideri, həmçinin bütün vasitəçilərə təşəkkürünü bildirib.
“Qurbanların ailələrinə başsağlığı verirəm. Sülh və sabitliyin alternativi yoxdur! Biz birlikdə yeni bir əməkdaşlıq dövrünə başlayırıq” deyə Salomi Zurabişvili bildirib.