Gürcüstan Mixail Saakaşvilinin Ukraynada islahatlar üzrə icra komitəsinin rəhbəri təyin edilməsi ilə əlaqədar Kiyevdəki səfirini geri çağırıb.
Banker.a bu barədə “İz.ru”ya istinadən xəbər verir.
Bu barədə 8 may, cümə günü Gürcüstanın xarici işlər naziri David Zalkaliani məlumat verib.
“Bu, diplomatik münasibətlərdə qəbul edilmiş bir təcrübədir. Bu, ikitərəfli münasibətlərdə müəyyən problemlərin ortaya çıxdığını göstərir. Buna görə də gələcək addımları müəyyənləşdirmək üçün səfirlə məsləhətləşmə zəruridir”, – Zalkaliani bildirir.
Nazir qeyd edib ki, iki ölkə arasında diplomatik münasibətləri pozmaq və ya strateji tərəfdaşlığa yenidən baxmaq barədə söhbət getməyib.
Xatırladaq ki, daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Mixail Saakaşvilini islahatlar üzrə icra komitəsinin rəhbəri vəzifəsinə təyin etmişdir.