25 C
Baku
Saturday, July 27, 2024

Gürcüstan və Azərbaycanın ticarət dövriyyəsi 10% azalıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 746,3 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 9,8% azdır.

On ay ərzində Azərbaycan Gürcüstanın ticarət dövriyyəsində 8,1% payla qonşu ölkənin ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra 4-cü olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər