“Çindən Gürcüstana birbaşa uçuşların dayandırılması barədə qərar verməliyik”.
Bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, koronavirusla bağlı Gürcüstanda təşvişə heç bir səbəb yoxdur və ölkə daha az təhlükəli zona hesab olunur:
“Buna baxmayaraq, Çindən birbaşa uçuşları müvəqqəti dayandırmaq məcburiyyətində qalacağıq”.
N.Turnava qeyd edib ki, rəhbərlik etdiyi nazirlik, səhiyyə və digər aidiyyəti qurumlar vahid koordinasiya qrupunda koronavirusla bağlı lazımı profilaktik tədbirlərin həyata keçirilməsi üçün mümkün olan hər şeyi edirlər.
Qeyd edək ki, Gürcüstan və Çin arasında yanvarın 25 və 27-nə təyin olunan reyslər ləğv olunub. Gürcüstanın Mülki Aviasiya Agentliyindən bildirilib ki, uçuşlar Çin tərəfinin qərarı ilə ləğv olunub.
©Report