28 C
Baku
Saturday, July 27, 2024

Gürcüstan yeni hərbi kəşfiyyat avtomobili istehsal edib

Gürcüstanda hərbi avadanlıq və müxtəlif avtomobillər istehsal edən “Delta” zavodu yeni zirehli kəşfiyyat maşınını təqdim edib.

Təqdimat mərasimində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, müdafiə naziri Cuanşer Burçuladze və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə Gürcüstan istehsalı olan silahlar, yenilənmiş “Didqori” zirehli texnikası, tibbi evakuasiya zirehli maşını, zirehli jiletlər, minaatanlar və zirehli texnikanın müxtəlif nümunələri nümayiş olunub.

Müdafiə naziri Cuanşer Burçuladze deyib ki, gələn il müdafiə nazirliyi Gürcüstan istehsalı olan yeni kəşfiyyat maşınlarını Müdafiə Qüvvələrinin ixtiyarına təhvil verməyi planlaşdırır.

Gələn il Müdafiə Qüvvələrinə səkkiz yeni kəşfiyyat maşınının təhvil verilməsi nəzərdə tutulub.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər