Gürcüstana işləmək üçün gələn miqrantların saylarında artım müşahidə edilib. Bu barədə məlumatı Gürsüstanın Vergilər Xidməti “Biznespresnews”a bildirib.
Vergilər Xidmətinin məlumatına əsasən, 2019-cu ilin birinci yarısında Gürcüstan miqyasında 10 min 573 nəfər xarici ölkə vətəndaşının işlədiyi təsbit edilib. Ümumikikdə Gürcüstanda 124 xarici ölkənin vətəndaşı işləyir.
Ölkələr üzrə ilk 10-luq bu belədir:
1) Türkiyə – 2 min 539 nəfər
2) Azərbaycan – 1 min 210 nəfər
3) Ukrayna – 1 min 181 nəfər
4) Rusiya – 964 nəfər
5) İran – 832 nəfər
6) Çin – 818 nəfər
7) Ermənistan – 469 nəfər
8) Hindistan – 362 nəfər
9) Qazaxıstan – 205 nəfər
10) Belarus- 176 nəfər