Gürcüstanda son günlər koronavirusa yoluxma hallarının artması səbəbindən teatr, kinoteatr və uşaq əyləncə mərkzələrinin açılması noyabrın 1-dək təxirə salınıb.
Bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.
Qeyd olunub ki, ölkədə epidemioloji vəziyyət narahatlıq doğurur.
Xatırladaq ki, qonşu ölkədə kinoteatrların sentyabrın 15-də, teatrların isə oktyabrın 1-də açılması nəzərdə tutulurdu.