28 C
Baku
Saturday, July 27, 2024

Gürcüstanda banka hücum edən şəxs saxlanıldı, girovlar sərbəst buraxıldı

Gürcüstanın Kutaisi şəhərində silahlı bir şəxs banka hücum edib.

Bu barədə məlumatı “Mtavari arxi” telekanalı yayıb.

O, bankda olan şəxsləri girov götürüb. Girovların dəqiq sayı hələ ki açıqlanmayıb.

Bununla belə, hücumun məhz hansı banka edildiyi də qeyd olunmayıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində əməliyyat keçirir.

 

 

Son xəbərlər
Digər xəbərlər