25 C
Baku
Saturday, July 27, 2024

Gürcüstanda bankda insanları girov götürən şəxs saxlanıldı

Kvarelidə “Gürcüstan bankı”na hücum edərək insanları girov götürən silahlı şəxs üç saatdan çox davam edən əməliyyat nəticəsində saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Keti Kovziaşvili jurnalistlərə məlumat verib:

“Bir neçə saat davam edən xüsusi əməliyyat uğurla başa çatdı. DİN əməkdaşları insanları girov götürən şəxsi zərəsizləşdirərək saxlayıb. Bütün girovlar azadlıqdadır, onların səhhəti ilə bağlı hər hansı problem yoxdur. Faktla bağlı istintaq davam etdirilir”.

Kovziaşvilinin sözlərinə görə, DİN yaxın vaxtlarda hadisənin təfərrüatı ilə bağlı rəsmi açıqlama yayacaq. Hazırda polis, kriminalistlər və xüsusi təyinatlılar hadisə yerindədirlər.

Xatırladaq ki, bu gün üzündə maska və əlində qumbara olan naməlum şəxs “Gürcüstan bankı”na basqın edərək 15-dək insanı girov götürüb. Hadisədən 2 saat sonra girovlar azadlığa buraxılıb.

 

Son xəbərlər
Digər xəbərlər