2 C
Baku
Saturday, December 14, 2024

Gürcüstanda daha bir şəxsdə koronavirus aşkarlandı, məktəblərdə tətil elan ediblər

Gürcüstanda koronavirusla əlaqədar üçüncü hal qeydə alınıb.

“Sputnik”in məlumatına görə, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze jurnalistlərə açıqlamasında deyib.

“Onun İranda olduğu və yoluxma halı təsdiqlənmiş şəxslərlə ünsiyyəti müəyyən edilib. Dünən sərhəddə yoxlanılarkən onda yüksək temperatur qeydə alınıb və biz onu yoluxucu xəstəliklər xəstəxanasına köçürdük”, – Qamkrelidze deyib.

Onun sözlərinə görə hazırda 93 nəfər koronavirus şübhəsi ilə həkimlərin müşayiəti altındadır.

Bu günə qədər Gürcüstanda iki nəfərə koronavirus diaqnozu qoyulub: İtaliyadan qayıdan 31 yaşlı qadında və Azərbaycandan keçməkldə İrandan qayıdan 50 yaşlı kişidə.

Onu da qeyd edək ki, koronavirus səbəbindən Gürcüstanda məktəb tətili bir həftə əvvələ çəkilib. Tətil martın 2-də başlayacaq və martın 16-na qədər davam edəcək.

Son xəbərlər
Digər xəbərlər