9 C
Baku
Friday, December 13, 2024

Gürcüstanda DNT kodların vahid məlumat bankı yaradılacaq

Gürcüstanda DNT kodların vahid məlumat bankının yaradılması nəzərdə tutulub.

Bu, Gürcüstan hökumətinin parlamentin yaz sessiyasına təqdim etdiyi qanun layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, bankın yaradılmasında əsas məqsəd şəxsin identifikasiyası, cinayətin qarşısının alınması, üstünün açılması və ona qarşı effektiv mübarizədir.

DNT kodların vahid məlumat bankının yaradılmasında beynəlxalq standartlar və müasir yanaşmaların tətbiqi nəzərdə tutulub.

©Report

Son xəbərlər
Digər xəbərlər