“Gələn il Gürcüstanda dövlət qulluqçularının əməkhaqqı fondu əhəmiyyətli şəkildə azaldılacaq”.
Bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.
O, ölkənin 2021-ci il üzrə dövlət büdcəsinin iqtisadi böhran əleyhinə olacağını, vətəndaşlar və biznesə dəstəyə yönələcəyini deyib: “Bizim nazirliyin də əməkhaqqı fondu təxminən 2 milyon lari azaldılıb. Gələn il Gürcüstanda pensiyalar, müəllim, polis və hərbi qulluqçuların maaşları artırılacaq”.