13 C
Baku
Saturday, April 27, 2024

Gürcüstanda ilk rəqəmsal banka lisenziya verilib

Gürcüstan Milli Bankı ölkədə ilk rəqəmsal bank olacaq “Pacera Georgia Bank”a lisenziya verib. Bu barədə bazar ertəsi tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.

Tənzimləyicinin aydınlaşdırdığı kimi, Litvanın “Pacera” bankının nümayəndəliyinə çevriləcək “Pacera Georgia” ölkədə ilk rəqəmsal bank olacaq. Onlar həmçinin izah ediblər ki, bankın tam işləməsi və minimum kapitalın tədricən artırılması üçün müəyyən vaxt ayrılıb. Lisenziya alındıqdan sonra 4 ay ərzində bank test rejimində fəaliyyət göstərəcək, kommersiya təşkilatının fəaliyyəti məhdudlaşdırılacaq.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

“Business Media” iqtisadi nəşrinin məlumatına görə, bankın baş direktoru vəzifəsinə Gürcüstanın keçmiş iqtisadiyyat naziri Dmitri Kumsişvili təyin edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər