Gürcüstanda koronavirusa yoluxanların sayı ikiqat artıb

Gürcüstanda yeni növ koronavirusa daha 5 nəfər yoluxub və beləliklə bu virusa yoluxanların sayı 9-a çatdı. Əvvəl 4 nəfər də bu fakt aşkar edilmişdi.

Banker.az xəbər verir ki, bu barədə məlumatı Xəstəliklərə Nəzarət Xidmətinin rəhbəri Amiran Qamğrelidze yayıb.

Qamğrelidze bəyan edib ki, virusa yoluxduğu yeni təstiq edilmiş 5 nəfər İtaliyadan ölkəyə gələn və koronavirusa yoluxmuş vətəndaşla ünsiyyətdə olan şəxlərdirlər.

Virusa yoluxduğu təstiq olunmuş xəstələr Tbilisidəki Yoluxucu Xəstəliklər Klinikasına yerləşdiriliblər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər