Gürcüstanda koronavirusa görə mikroavtobusların fəaliyyəti dayandırılır.
Bu barədə Baş Nazir Giorgi Qaxaria keçirdiyi brifinqdə məlumat verib.
O bildirib ki, hökumətin bu qərarı virusun yayılma sürətinin azaldılması məqsədi daşıyır.
“Biz bu gün virusun yayılması mərhələsindəyik, yoluxanların sayı artacaq. Qurumlararası Koordinasiya Şurası bir sıra vacib qərarlar qəbul edib, bunlardan biri də sabahdan etibarən mikroavtobusların fəaliyyətinin dayandırılmasıdır”, – deyə Baş Nazir vurğulayıb.
©APA