16 C
Baku
Friday, April 12, 2024

Gürcüstanda yaşıl enerji layihəsi əsasında külək elektrik stansiyası inşa olunacaq

Gürcüstan hökuməti Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasından sonra ölkədə elektrik enerjisi istehsalına diqqəti artırıb.

Gürcüstan hökumətinin iclasında “İmereti” Külək Elektrik Stansiyasının (KES) tikintisi məsələsi müzakirə olunub.

İclasda “İmereti” KES-in tikintisi ilə bağlı Gürcüstan hökuməti ilə “Achar Energy-2007” MMC arasında imzalanacaq müqavilənin layihəsi nəzərdən keçirilib.

Layihədə, KES-in tikintisinin dövlət ilə özəl sektorun birgə həyata keçirməsi nəzərdə tutulub.

“İmereti” KES-in tikintisində dövlət və özəl sektorun birgə iştirakı üçün qanunvericiliyin təkmilləşdirilməsi və layihənin texniki-iqtisadi parametrlərinin əsaslandırılması ilə bağlı layihənin hazırlanması barədə qərar qəbul edilib.

“İmereti” KES-in gücü 50 MVt, istehsal gücü – 180,89 milyon kilovatsaat, investisiya tutumu isə 66 milyon ABŞ dolları nəzərdə tutulub.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər