26 C
Baku
Wednesday, April 24, 2024

Gürcüstandan Rusiyaya nəqliyyatın hərəkəti bərpa edildi

Selin yuyub apardığı beynəlxalq əhəmiyyətli Mtsxeta – Stepantsminda – Lars avtomobil yolunun 136-cı kilometrliyində Gürcüstandan Rusiyaya avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.

Qeyd olunur ki, buna aparılan təmir işləri nəticəsində nail olunub.

Qeyd edək ki, Terek çayında daşqın nəticəsində Yuxarı Lars keçid məntəqəsinə gedən magistralın 136-cı kilometrliyində 80 metrlik hissə yuyulub. Nəticədə hər iki istiqamətdə bütün nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər