Gürcüstanın Azərbaycandan siqaret tədarükünə çəkdiyi xərc 41 % artıb

Ötən il Gürcüstan Azərbaycandan 45,3 milyon ABŞ dolları dəyərində siqaret (tərkibində tütün olan) idxal edib.

Gürcüstanın Milli Statistika İdarəsinin məlumatlarına əsasən, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 41 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana siqaret tədarük edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

2025-ci ildə Gürcüstan xarici ölkələrdən 159 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bu da 1 il əvvəlki göstəricidən 0,6 % azdır.

Hesabat dövründə Gürcüstan Litvadan 44,8 milyon ABŞ dolları, Ermənistandan 23 milyon ABŞ dolları, Ukraynadan 12,5 milyon ABŞ dolları, Serbiyadan 9 milyon ABŞ dolları dəyərində siqaret idxal edib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 158,6 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bunun da 32,2 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər