25 C
Baku
Saturday, July 27, 2024

Gürcüstanın baş naziri azərbaycanlıların yaşadığı bölgəyə səfər edəcək

Bu gün Gürcüstanın baş naziri Giorgi Qaxaria azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsinə səfər edəcək.

Hökumət başçısı hakim Gürcü Arzusu Partyasının Bolnisi-Dmanisi-Tetritskaro-Tsalka dairəsi üzrə majoritar deputatlığa namizədi Qogi Meşvelianinin yerli sakinlərə rəsmi təqdimetmə mərasimində iştirak edəcək.

Tədbirlər Tsalka, Dmanisi və Bolnisi rayonlarında baş tutacaq. Hakim partiyanın baş katibi Kaxa Kaladze, parlament sədri Arçil Talakvadze və digər rəsmi şəxslər də mərasimlərdə iştirak edəcəklər.

Növbəti günlərdə Gürcü Arzusu Partiyasının Marneuli-Qardabani dairəsi üzrə majoritar deputatlığa namizədi Zaur Darğallı da rəsmən təqdim olunacaq.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər