2 C
Baku
Saturday, December 14, 2024

Gürcüstanın Baş naziri Azərbaycanla əməkdaşlığa dair layihələr təqdim edəcək

“Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Münxen Təhlükəsizlik Konfransında Cənubi Qafqazda sülh təşəbbüsü, həmçinin regionun iqtisadi inkişafı ilə bağlı planların təqdimatını keçirəcək”.

Bunu Gürcüstanın Almaniyadakı səfiri Levan İzoriya deyib.

Onun sözlərinə görə, İ.Qaribaşvilinin çıxış edəcəyi paneldə xüsusən Azərbaycan və Ermənistanla əməkdaşlıqla bağlı konkret layihələr təqdim olunacaq:

“Müzakirələrə yüksək səviyyəli siyasətçilər, həmçinin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell və ATƏT-in Baş katibi cəlb olunacaq”.

L.İzoriya Gürcüstan Baş nazirinin konfrans çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlərinin planlaşdırıldığını vurğulayıb.

Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransı 18-20 fevral tarixində keçiriləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər