12 C
Baku
Wednesday, December 11, 2024

Gürcüstanın baş naziri azərbaycanlıların sıx yaşadıqları rayonlara bu gün səfər edəcək

Gürcüstanın Baş naziri Giorgi Qaxaria bu gün azərbaycanlıların sıx yaşadıqları Marneuli və Qardabani rayonlarına səfər edəcək.

O, hakim Gürcü Arzusu Partiyasının Marneuli-Qardabani dairəsi üzrə majoritar deputatlığa namizədi Zaur Darğallının rəsmi təqdimetmə mərasimində iştirak edəcək.

“Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze, parlament sədri Arçil Talakvadze və partiyanın digər rəsmi nümayəndələri də tədbirlərə qatılacaqlar.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək. Z.Darğallı ötən ilin mayından Marneulinin meridir. O, seçki kampaniyası başlayan kimi – sentyabr ayında vəzifəsini tərk edəcək.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər