Kaxaber Kemoklidze Gürcüstanın hökumət administrasiyasının rəhbəri təyin olunub.
Bu barədə ölkənin Baş naziri Giorgi Qaxariya bildirib.
Onun sözlərinə görə, K.Kemoklidze dövlət qulluğunda böyük təcrübəyə sahibdir və administrasiyada effektiv çalışıb.
Qeyd edək ki, administrasiyanın keçmiş rəhbəri Natia Mezvrişvili ötən ilin noyabrında istefa verib.