Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi 9 193,7 mln. ABŞ dolları təşkil edib.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Xarici ticarətdə Gürcüstanın ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% artaraq 2 719,2 mln. dollara çatıb, idxal isə 3,3% azalaraq 6 474,5 mln. dollar təşkil edib.
Hesabat dövründə Gürcüstanın xarici ticarətdə mənfi saldosu 3 755,3 mln. dollar təşkil edib ki, bu da ölkənin ümumi xarici ticarət dövriyyəsinin 40,8%-nə bərabərdir.
Cari ilin yanvar-sentyabr ayları Gürcüstanın ilk onluqdakı əsas ticarət tərəfdaşları ilə xarici ticarət dövriyyəsi ümumi dövriyyənin 72,6%-ni təşkil edib.
Hesabat dövründə Gürcüstanın ən böyük ixrac tərəfdaşları Rusiya (371,1 mln dollar), Azərbaycan (355,1 mln. dollar) və Ermənistan (261,3 mln. dollar) olub.
©APA