-1 C
Baku
Sunday, December 15, 2024

“Gürcüstanın Krım körpüsünün partladılması ilə heç bir əlaqəsi yoxdur”

Gürcüstanın Krım körpüsünün partladılması ilə heç bir əlaqəsi yoxdur.

Bunu Gürcüstan daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze Krım körpüsünün partladılmasında istifadə edilən yük maşınının Gürcüstan ərazisindən keçməsi ilə bağlı Rusiya mediasında yayılan iddialara münasibət bildirərkən deyib.

O vurğulayıb ki, Gürcüstanda tranzit və qeyri-tranzit yüklər gömrük nəzarətinə tabedir.

“Gürcüstanın qeyd edilən halla heç bir əlaqəsi yoxdur. Həm tranzit, həm də qeyri-tranzit yüklər Gürcüstanda gömrük nəzarətindən keçir və heç bir bənzər şübhəli hal müşahidə edilməyib”, – nazir müavini bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər