7 C
Baku
Sunday, December 15, 2024

Gürcüstanın xarici ticarət dövriyyəsi 16% azalıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 5 milyard 072,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə bu həcmdə 16,3% azalma qeydə alınıb.

Hesabat dövründə Gürcüstanın ixracının həcmi 1 milyard 503,5 milyon dollar, idxalının həcmi isə 3 milyard 568, 9 milyon dollara bərabər olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmində 15,6%, idxalın həcmində isə 16,5% azalma qeydə alınıb.

Yanvar-iyunda qonşu ölkənin ticarət kəsiri 2 milyard 065,4 milyon dollar olub ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 40,7%-ə bərabər olub.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər