“Tbilisi Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın tərkibini yeniləyib”.
Bu barədə ölkənin Xarici İşlər naziri David Zalkaliani illik hesabatı təqdim edərkən bildirib.
Nazirin sözlərinə görə, komissiyanın fəaliyyəti gələn il prioritet istiqamətlərdən biri olacaq: “Azərbaycanla sərhədlərin müəyyən edilməsi məsələsi diqqət mərkəzində saxlanılıb. Gürcüstan tərəfi yeni sənədlər aşkar edərək müvafiq komissiya çərçivəsində Azərbaycan tərəfinə təqdim edib. Biz komissiyanın tərkibini tam olaraq yeniləmişik”.