25 C
Baku
Saturday, July 27, 2024

Güzəştlərin ləğvi “Tesla”nı “tələsdirir”

ABŞ-ın “Tesla” şirkəti bahalı elektrik avtomobil modelləri olan “Model S” və “Model X”in buraxılışına ayrılan vaxtı azaldır.

Banker.az finans.az-a istinadla məlumat verir ki,  bununla istehsalçı daha əlçatan model olan “Model 3” avtomobillərinin buraxılışını artırmaqa çalışır.

Bu xəbər şirkətin bir neçə gün bundan əvvəl 7% daimi iş yerini ixtisara salmaq niyyətini bəyan etməsinin ardından gəldi.

Qeyd edək ki, bu ay ABŞ-da elektrik avtomobillərə tətbiq olunan güzəştlər tədricən azalmağa başladı. Nəticədə hər maşının qiymətinə 3 750 ABŞ dolları əlavə olunub. İyulda isə bu qiymətə daha 1 875 dollar əlavə olunacaq. Nəhayət ilin sonunda bu güzəştlər tamamilə aradan gütürüləcək.

Beləliklə istehsalçı ya alıcıları itirmək riskini gözə alaraq qiymətləri artırmalı, ya da xərclərini azaldmalıdır.

Son xəbərlər
Digər xəbərlər