26 C
Baku
Saturday, July 27, 2024

Hər şey müqayisədə bəlli olur

Əgər bu gün səhər tezdən siz, yuxudan sağlam ayılmısınızsa – siz növbəti həftəyə sağ çıxmayacaq 1 milyon insandan daha xoşbəxtsiniz.  

Əgər siz heç müharibə yaşamamısınızsa, həbsdə olub, aclıq və işgəncə görməmisinizsə -siz bu dünyadakı 500 milyon insandan daha xoşbəxtsiniz.

Əgər sizin soyuducuda yemək varsa, sizin əyninizdə geyim varsa və ayaqlarınız yalın deyilsə, əgər başınızın üstündə dam və yatmağa yatağınız varsa, siz bu dünyadakı 75% insandan daha çox xoşbəxtsiniz.

Əgər siz məscidə (və ya kilsəyə) həbs və ya ölüm qorxusu olmadan rahat gedə bilirsinizsə – siz bu dünyadakı 3 milyard insandan daha çox xoşbəxtsiniz.
.
Əgər sizin bankda hesabınız, pulqabıda pulunuz və bir azda xırda pulunuz varsa –siz bu dünyadakı 8% təminatlı insan sırasına daxilsiniz.

Əgər siz bu yazılanı oxuyursunuzsa, demək bu dünyadakı oxumağı bacarmayan 2 milyard insan sırasına daxil deyilsiniz.

Son xəbərlər
Digər xəbərlər