Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri barədə açıqlama verilib.
“30.05.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 495,7 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil edib.” — deyə, Mərkəzi Bankın açıqlamasında deyilir.
Beləliklə, hərracda cəlb olunması nəzərdə tutulan manat həcmindən tələbin 3,3 dəfə çox olması deməkdir.