25 C
Baku
Saturday, July 27, 2024

Həyatın ağlasığmaz həqiqətləri

  • 1916-cı ildən etibarən ABŞ-da poçt vasitəsilə evin göndərilməsi qadağandır. Qanun ilk başdan sizə məntiqsiz təsir bağışlaya bilər. Lakin bu qanun Yuta ştatında yaşayan bir şəxsin 40 tonluq evini yüksək vergidən yayınmaq üçün poçtla hissə-hissə göndərməsindən sonra qüvvəyə minmişdi.

  • 1997-ci ildə Meksikanın bir şəhərində qurbağalardan ibarət yağış və hətta burulğan qeydə alınmışdı.
  • Timsahlar biz düşündüyümüzdən daha ağıllıdırlar. Belə ki, onlar suyun daha dərin yerlərinə enmək üçün bilərəkdən daş udurlar.
  • Butan – o dərəcədə sirli ölkədir ki, heç kəs bu ölkənin əhalisinin sayını dəqiqliklə bilmir. Əhalinin ən son qeydə alınması isə 1975-ci ildə həyata keçirilib.
  • Böyük qütb ayıları adətən ovlarının dərisini və yağını yeyir, əti isə daha kiçik ayılara və digər heyvanlara saxlayırlar. Qütb ayıları həqiqətən də qayğıkeş heyvanlardır.
  • Bəzi eskimoslar qidalarını soyuğun təsirindən və donmadan qorumaq soyuducudan istifadə edirlər. Bu cəhətdən oradakı soyuğu təsəvvür etmək elə də çətin deyil.
  • Dünya okeanənda tariximiz boyu əldə edilən qızıl həcmindən 200 dəfə artıq çox qızıl vardır.
  • Uilyam Şekspir öz adını bir neçə müxtəlif üsullarla tələffüz edirdi.
  • Beyniniz yatdığınız zaman televizora baxdığınız zaman olduğundan daha fəaldır.
  • Yaponiyada mövcud olan bir inanca görə uzun müddət istifadə edilməyən çətir Kasa-Obake adlı bir gözlü və bir ayaqlı hoppanan şeytana çevrilir.
  • Dünyada ilk özünəxidmət restoranı ilk dəfə Nyu-Yorkda peyda olub və yalnızca kişilərin ziyarətinə icazə verilirdi. Müştərilər burada ayaq üstə dayanaraq nahar edirdilər.
  • Nyu-Hempşir ştatında nömrə nişanlarında əks olunan devizdə deyilir: “Azad yaşa, ya öl”. Bu nişanlar isə ştat həbsxanalarındakı məhkumlar tərəfindən hazırlanır.
  • Fransada insan simasına malik olmayan gəlincikləin satışı qadağan idi.
  • Əlində qaynar içki tutan bir insan onu əhatə edən insanları da daha “isti” – daha dostcanlı və mehriban görür.
Son xəbərlər
Digər xəbərlər