6 C
Baku
Sunday, December 15, 2024

“Həkimlərin maaşı 2000 manatdan çox artıb”

“Əvvəllər tibb müəssisələrində həkimlərin 400 AZN civarında olan orta əməkhaqqısı hazırda 2000 manatdan çox artıb”.

Bu barədə Xidmətlər Zərfinin təqdimat mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, bu onu göstərir ki, bu sahədə ciddi inkişaf var: “Bu inkişaf daha da davam edəcək. Bizim maliyyəmiz ildən-ilə artır”.

Z.Əliyev bildirib ki, gələcəkdə dərman təminatının icbari tibbi sığorta çərçivəsində həll olunması hədəflənir.

Son xəbərlər
Digər xəbərlər