17 C
Baku
Friday, May 10, 2024

Hərəkətə mane olan taksi dayanacaqları ləğv ediləcək

Hazırda Bakıda 180-ə yaxın taksi dayanacağı var. Hərəkətə mane olan taksi dayanacaqlarının yerlərinin müəyyən edilərək ləğv edilməsi işləri aparılır.

Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

Qurum rəsmisi bildirib ki, paytaxtda yeni taksi dayanacaqları müəyyən edilir:

“Çalışırıq ki, taksi dayanacaqlarının yerlərini elə müəyyən edək ki, həm sərnişinlər üçün rahat olsun, həm də hərəkətə mane olmasın. Hazırda Bakıda taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə bir neçə layihə üzərində iş aparılır”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər