26 C
Baku
Saturday, April 20, 2024

Hər bir türkün tanımalı olduğu şəxs – Türkiz Gökgöl

Azərbaycan əsilli iş qadını olan Türkiz Gökgöl-ün adını türklər yaxşı tanımalıdırlar. Çünki Türkiz Gökgöl artıq bir çoxunun unutduğu və görməzdən gəldiyi bir sahə – qadının cins olaraq yaşadığı sağlamlıq problemləri, fərdi hüquqları və gələcək nəsillərin yaşayacağı problemlərlə yaxından maraqlanır.

Gökgöl Hacettepe universitetində psixologiya, Havard-da isə sosial elmlər ilə bağlı təhsil almışdır. O təhsilini bitirdikdən sonra bir müddət Harvard universitetində köməkçi müəllim qismində çalışdıqdan sonra, 1980-ci illərin əvvəlində Türkiyənin Boğaziçi universitetinə gəlir.

September 2010 -London and Summer Party Omaha 028

Daha sonradan o Vehbi Koç ilə birgə “Aile Sağlığı ve Nüfus Planlaması Vakfı”-nı yaradır.  Gökgöl Türkiz ABŞ-da təhsil aldığı vaxt bu ölkənin ən məşhur ailələrindən biri olan Gamble ailəsi ilə və onların sahib olduğu Panthfinder fondu ilə tanış olmuşdu. Türkiyəyə döndükdən sonra isə burada bu fondun Türkiyə şöbəsini açır. O bu fondun Asiya və Yaxın Şərq üzrə rəhbər köməkçisi olaraq hətta Vyetnam, Efiopiya kimi ölkələrdə qadın, uşaq və repreduktiv sağlamlıq məsələləri ilə yaxından tanış oldu.

Bu zaman Gökgöl Türkiz-in Harvard-dan Türkiyəyə qədər olan fəaliyyət xəttini izləyən bir şəxs var idi. Bu ABŞ-ın ən varlı biznes qadını və investoru, yəni Warren Buffet-in həyat yoldaşı Suzan Baffet idi.

Suzan Buffet özü ilə bərabər “Sən bürokratiya ilə məşğul ola bilməzsən, bunun yerinə öz layihənin üzərində işlə”. Gökgölün “öz layihəsi” Türkiyə idi və o Buffet fondundan aldığı dəstəklə 1997-ci ilində Virginiada yaratdığı Willows Foundation fondunun İstanbulda Türkiyə təmsilçiliyini açdı. Bu fond bir illik 3 milyon büdcəyə sahibdir və 12 əyalətdə öz fəaliyyətini həyata keçirir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər