-1 C
Baku
Sunday, December 15, 2024

Hər gün səhər işə getmək: Alimlər 21-ci əsrin işgəncəsini elan etdi

Alimlər belə qənaətə gəlmişlər ki, cəmiyyət kütləvi olaraq yuxu çatışmazlığından əziyyət çəkir.

Oksford universitetinin professoru Pol Kelli-nin apardığı araşdırmaya görə, hər gün səhər saat 9-da işdə olmaq üçün erkəndən qalxmaq müasir cəmiyyətin ən geniş yayılmış işgəncə növlərindən biridir.

Onun sözlərinə görə, bu rejim insan orqanizminin enerji səviyyəsini, beyinin fəaliyyətini və həmçinin hormonların yaradılmasını təyin edən tsiklinə uyğun gəlmir.

“Biz sutkalıq ritmləri dəyişə və orqanizmi müəyyən saatlarda oyanmağa məcbur edə bilmərik. Çünki bizim qaraciyər və ürəyimiz başqa cədvəl üzrə hərəkət edir. Biz isə onları 2-3 saat tez “tərpənməyə” vadar edirik”.

Qeyd edilir ki, müasir 8 saatlıq iş günü 18-ci əsrin sonunda Böyük Britaniyada zavod və fabriklərin bütün sutkalıq işinə nail olmaq üçün tətbiq edilmişdi. Aydın məsələdir ki, o zaman sənayeçilər öz işçilərinin bioloji saatlarının qayğısına qalmaq haqqında düşünmürdülər.

Pol Kelli və onun Sleep and Circadian Institute-dan olan kolleqaları qeyd edirlər ki, geridə qalan son iki əsr ərzində iqtisadiyyatdakı vəziyyət köklü şəkildə dəyişib və iş saatını səhər 10-da başlamağı təklif edirlər. Onların nəzəriyyəsi Böyük Britaniyada məktəblərin birində sınaqdan keçirilib. Burada dərslərin başlama müddti səhər 8:30-dan 10:00-a keçirilir. Nəticədə şşagirdlərin orta qiymətləndirilməsi 19% artmışdır.

Personalın məhsuldarlıq səviyyəsinin artırılması ilə yanaşı, bu kimi tədbirlər şirkətlərə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verəcək. Alimin sözlərinə görə, yuxu pozğunluğundan yaranan fiziki və emosional stress xroniki xəstəliklərin yaranmasına səbəb olur ki, son nəticədə işçilər bir neçə gün işə gəlmək iqtidarında olmur.

İş cədvəlinin dəyişdirilməsi iqtisadiyyata da ümumilikdə müsbət təsir edəcək. Harvard universitetinin həyata keçirdiyi digər bir araşdırma isə sübut edir ki, amerikalılar gün ərzində işdə yatmamaq üçün 0,825 litr qəhvə içir. ABŞ-da enerji içkilərinə sərf edilən illik xərclər 40 milyard dollar olaraq qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər