6 C
Baku
Monday, December 16, 2024

“Hər kəs bu xəstəliyin fəsadlarını hiss etməlidir”

“Yaşından asılı omayaraq, hər kəs bu xəstəliyin fəsadlarını hiss etməlidir. Elə ailələr var ki, böyüklərdə test nəticəsi neqativ çıxsa da, uşaqlarda pozitiv çıxır. Ona görə də uşaqların həyətdə oynadığı zaman gigiyena qaydalarına əməl edilməsi vacibdir”.

Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Parklar bu gün açıqdır və başa düşürük ki, yay aylarında təmiz havaya ehtiyac olur. Amma xahiş edirəm ki, qoyulan tələblərə ciddi əməl edin. Qaydaları pozmağa çalışaraq yoluxmanın sayının azalmasını gözləyə bilərik. Sosial ünsiyyəti kəsməyərək fiziki məsafələri saxlayaq”, – deyə TƏBİB rəsmisi qeyd edib.

Son xəbərlər
Digər xəbərlər