Martın 9-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan Banker.az-a bildirilib ki, hərracda tələb 14.9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşıb.
Bununla da mart ayının ilk üç valyuta hərracında 151 mln dollar satılıb.